Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə qran-pri turnirində iştirak edəcəklər.
Sportliqa.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən yarış noyabrın 14-dən 16-dək davam edəcək.
Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 49 ölkədən 398 idmançı (230 kişi, 168 qadın) iştirak edəcək.