Qadın voleybolçulardan ibarət “Gəncə” klubu yeni məşqçi ilə anlaşıb.
Sportliqa.az xəbər verir ki, Gəncə təmsilçisi belaruslu mütəxəssis Vladimir Moysieviç ilə birillik müqavilə imzalayıb.
Vladimir Moysieviç klubun baş məşqçisi Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.
Beynəlxalq məşqçilik sertifikatına sahib olan Vladimir Moysieviç gənclərdən ibarət Belarus millisinə məşqçilik edib.
Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək komanda heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Hazırlığa start verən komanda Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.