İcarə əsasında "Barselona"da çıxış edən Markus Reşford karyerasını Fransada davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
PSJ ingiltərəli vingeri transfer etmək istəyir. Paris klubu 28 yaşlı oyunçu üçün onun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Barselona" Markus Reşfordu mövsümün əvvəlində 35 milyon avroluq satınalma bəndi ilə icarəyə götürüb. İngiltərə millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 6 qol vurub, 9 qol ötürməsi edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.