"Liverpul"da mövsümün çətin dövrü davam edir.
Sportliqa.az xəbər verir ki, "qırmızılar" dünən evdə keçirilən Çempionlar Liqası oyununda PSV-yə 1:4 hesabı ilə məğlub olub.
Mersisayd təmsilçisi ardıcıl üçüncü matçıdır ki, ən azı üç top fərqi ilə uduzur. Belə bir uğursuz seriya sonuncu dəfə 1953-cü ilin dekabrında baş verib.
Bundan əlavə, "Liverpul" bütün turnirlər üzrə son 12 qarşılaşmanın 9-da məğlubiyyətlə üzləşib
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az