Rusiyanın "Axmat" klubunun hücumçusu Həmid Ağalarovun atası Ruslan Ağalarov açıqlama verib.
Sportliqa.az xəbər verir ki, o, oğlunun Azərbaycan millisində oynayacağı ilə bağlı çıxan xəbərlərinə münasibət bildirib: “Mən heç nə bilmirəm və eşitməmişəm ki, AFFA Həmidə vətəndaşlığını dəyişməyi təklif edib. Heç kim mənimlə və ya Həmidlə əlaqə saxlamayıb. Hazırda biz Rusiya Federasiyasının vətəndaşlarıyıq və bununla fəxr edirik”.
Mahaçqalada doğulan 23 yaşlı forvard 2022-ci ilin yayından "Axmat"da çıxış edir.
sport24.ru