“Milan” klubu öz texniki tərəfdaşlarından biri olan “Technogym” şirkəti ilə müqavilənin müddətinin uzadıldığını açıqlayıb.
Sportliqa.az xəbər verir ki, söhbət komandanın fiziki hazırlıq üçün istifadə etdiyi müxtəlif məşq avadanlıqlarının təchizatçısından gedir.
“Milan”la “Technogym”un əməkdaşlığı hələ ötən əsrin 80-ci illərində başlayıb. Şirkət isə daha böyük populyarlığı 90-cı illərin ortalarında, Formula-1-də Benetton komandası və əfsanəvi pilot Mixael Şumaxerlə tərəfdaşlıq etdikdən sonra qazanıb.
Elə o dövrdə – 1994-cü ildə “Milan” UEFA Çempionlar Liqasının məşhur finalında “Barselona”nı darmadağın (4:0) etdiyi zaman, Şumaxer də Formula-1 qran-prilərində rəqibsiz idi.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.