Niderland Erediviziyasının 7-ci turunun "Valveyk" - "Ayaks" oyununda qorxulu anlar yaşanıb.
Sportliqa.az xəbər verir ki, matçın 84-cü dəqiqəsində meydan sahiblərinin qapıçısı Etyenn Vassen rəqibin hücumçusu Brayan Brobbi ilə toqquşduqdan sonra yerdə qalıb. Huşunu itirən qapıçı yerdə hərəkətsiz qalıb. Baş hakim oyunu dayandırıb və qapıçı dərhal xəstəxanaya aparılıb.
Bir qədər vaxt keçdikdən sonra Vassenin vəziyyəti stabilləşib.
Qeyd edək ki, “Ayaks” hesabda 3:2 öndə idi.