"Roma"nın baş məşqçisi Joze Mourinyo mövsümə uğursuz start verməklərindən danışıb.
Sportliqa.az xəbər verir ki, portuqaliyalı mütəxəssis buna görə özünü günahlandırmayıb: "Empoli"yə 7:0 hesabı ilə qalib gəlməyimiz və Avropa Liqasında "Şerif"i udmağımız düşünürdüm ki, futbolçulara böyük güc verəcək. Amma belə olmadı. "Cenoa"ya 1:4 hesabı ilə uduzduğumuz matçda komandadan yaxşı oyun gözləyirdim".
Yayda Səudiyyə Ərəbistanı klublarından fantastik maliyyə imkanları olan təkliflərdən imtina edən Mourinyonu bunları deyib: "Yayda karyeramın ən çılğın təkliflərini aldım, buna rəğmən ayrılmadım. Futbolçulara, kluba, azarkeşlərə söz verdim. İndi isə problem məndə görünür. Bunu qəbul etmirəm, heç doğru deyil. Problem məndə deyil".
"Roma" İtaliya A Seriyasında 6 oyundan sonra 1 qələbə qazanıb.