A Seriyasında ötən ayın ən yaxşı məşqçisi açıqlandı
"Milan"ın baş məşqçisi Massimiliano Alleqri A Seriyasında noyabr ayının ən yaxşı məşqçisi seçilib.
Sportliqa.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.
Noyabr ayında "Milan" "Roma" (1:0), "İnter" (1:0) və "Latsio" (1:0) üzərində qələbə qazanıb. "Parma" ilə isə heç-heçə edib (2:2).
Qeyd edək ki, "Milan" 14 turdan sonra 31 xalla turnir cədvəlinə başçılıq edir.