İtaliya A Seriyasının 7-ci turunda səfərdə “Salernitana”ya 4:0 hesabı ilə qalib gələn “İnter”in futbolçusu Lautaro Martines açıqlama verib.
Sportliqa.az xəbər verir ki, argentinalı hücumçu qələbəni şərh edib: “Bu, bizim üçün həlledici oyun kimi idi. Son turda “Sassuolo”ya səhvlərimizdən uduzduq. Ona görə də bu matç qalib gəlmək məcburiyyətində idik. İlk hissədə qol imkanları yaratdıq və amma tamamlaya bilmədik. Fasilədən sonra meydana düzgün əzmlə çıxdıq. Düzdür, 4 qol vurdum, amma əsas odur ki, “İnter” qalib gəldi”.
A Seriyasında 7 oyunda 9 qol vuran argentinalı sözlərinə əlavə edib: “Həm meydanda, həm də kənarda daha yaxşı olmağa çalışıram. Mənim ailəm var, iki uşaq atasıyam və bu mənə diqqətimi cəmləməyə kömək edir”.
Qeyd edək ki, Lautaro “Salerniatana” ilə matçda ikinci hissədə meydana daxil olaraq 4 qol vurub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.