"Yuventus" yarımmüdafiəçisi Adrien Rabyönün müqaviləsini uzatmağa hazırlaşır.
Sportliqa.az xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi futbolçunun agenti və anası Veronika Rabyö arasında görüş baş tutacaq. Klub fransalı yarımmüdafiəçinin 3 illik müqavilə təklifinə müsbət cavab verəcəyinə ümid edir.
Əks halda, Rabyö mövsümün sonunda azad agent statusuna yiyələnəcək.
28 yaşlı futbolçu bu mövsüm A Seriyasında keçirdiyi 6 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Rabyö 2019-cu ildə PSJ-dən "Qoca sinyora"ya azad agent statusu ilə qoşulub.