Bu gün Misli Premyer Liqasında 1-ci turun təxirə salınmış oyunu keçirilib.
Sportliqa.az xəbər verir ki, "Sabah" öz meydanında "Qarabağ"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "Sabah" klubu xallarını 34-ə çatdıraraq liderliyə yüksəlib. Ağdam təmsilçisi isə 33 xalla ikinci pillədə qərarlaşıb.