Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu keçirilib.
Sportliqa.az xəbər verir ki, Bakı İdman Sarayında NTD ilə qarşılaşan “Sumqayıt” 111:94 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, mövsümün ilk oyununda “Sabah” “LANDAU Lions”u məğlub edib – 84:74.
Digər qarşılaşmalar 3 və 4 oktyabrda keçiriləcək. “Naxçıvan” – “Neftçi” görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az