"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub.
Sportliqa.az xəbər verir ki, həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.
Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.
Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.