Azərbaycan Premyer Liqasında "Ayın qolu" layihəsinin növbəti qalibi təltif edilib.
Sportliqa.az xəbər verir ki, noyabr ayının ən yaxşı qol müəllifi olan "Zirə"nin futbolçusu Leroy Mikels Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırılıb.
Hücumçuya mükafatı 16-cı turun "İmişli" ilə oyunundan əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.