"Zaqatala"ya texniki məğlubiyyət verib
-legioner limitini pozduğuna görə
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az xəbər verir ki, iclasda I Liqanın XI turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
Komitə "Zaqatala"ya texniki məğlubiyyət verib. Buna səbəb bölgə təmsilçisinin MOİK-lə matçda legioner limitini pozmasıdır.
Zaqatalalılara 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, klub 1200 manat məbləğində cərimələnib.