“Zirə"nin qış hazırlıq planı bəlli olub.
Sportliqa.az xəbər verir ki, "qartallar" yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-a qədər hazırlığını paytaxtda davam etdirəcək.
Toplanışın ikinci mərhələsi isə 10-17 yanvar tarixləri aralığında Türkiyənin Antalya şəhərində baş tutacaq. Komanda Antalyada iki yoxlama oyunu keçirməyi planlaşdırır.