"Milan" klubu futbolçusu Divok Oriqi ilə yolları ayırdığını rəsmən açıqlayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
A seriyası təmsilçisi 30 yaşlı hücumçu ilə müqaviləni vaxtından əvvəl ləğv edib. Klub oyunçuya gələcək həyatında uğurlar arzulayıb.
Divok Oriqi 2022-ci ildə “Milan”a keçmiş və klubla 4 illik müqavilə imzalamışdı.