"Zirə"nin yarımmüdafiəçisi Fil Dişi Sahilinə qarşı oynadı
Afrika Millətlər Liqasında qrup mərhələsinin ilk turunun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, Fil Dişi Sahili millisi Mozambiklə üz-üzə gəlib. Qarşılaşma birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mozambik yığmasının heyətində "Zirə"nin yarımmüdafiəçisi Rikardo Martins də meydanda olub. 30 yaşlı futbolçu matça start heyətində başlayıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Mozambik millisi növbəti turda Qabonla qarşılaşacaq. Görüş 28 dekabr tarixində baş tutacaq.