“Mançester Yunayted” Tobi Kollyeri vaxtından əvvəl “Vest Bromviç”dən icarədən geri çağırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
İngiltərəli dayaq yarımmüdafiəçisi artıq “qırmızı şeytanlar”ın düşərgəsinə qayıdıb. 21 yaşlı futbolçu baldır əzələsindən aldığı zədədən sonra reabilitasiya prosesi keçəcək. Oyunçunun bərpa müddətinin təxminən səkkiz həftə davam edəcəyi gözlənilir.
İcarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulsa da, “Mançester Yunayted” rəhbərliyi Kollyeri komandada saxlamaq qərarına gəlib. Sağaldıqdan sonra onun dayaq zonasında Kobbi Meynu ilə rəqabət aparacağı gözlənilir.
Tobi Kollyer cari mövsümdə Çempionşipdə 12 oyunda meydana çıxıb və bu matçlarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az