“Beşiktaş” klubu iki futbolçusunu heyətdən kənarlaşdırıb.
Sportliqa.az xəbər verir ki, texniki heyətin hesabatı və rəhbərliyin qərarına əsasən, Mert Günok və Necip Uysal artıq komandanın gələcək planlarında yer almayıb. Beləliklə, hər iki qapıçıdan yeni klub tapmaları istənilib. Futbolçular klub tapa bilmədikləri halda məşqlərini əsas komandadan ayrı davam etdirəcəklər.
“Beşiktaş” Futbol Akademiyasının yetirməsi olan Necip Uysal 2009/2010 mövsümündən etibarən klubun əsas komandasında çıxış edirdi. Mert Günok isə 2021/2022 mövsümündən bu yana İstanbul təmsilçisinin qapısını qoruyurdu.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az