“Kəpəz” klubunun qış hazırlıq planı bəlli olub.
Sportliqa.az xəbər verir ki, komanda yanvarın 3-də Gəncədə təlim-məşq toplanışına başlayacaq.
Hazırlıq prosesi qış fasiləsi başa çatana kimi davam edəcək. Bu müddət ərzində “sarı-göylər” 2 yoxlama oyununa çıxacaq.
Gəncə kollektivi yanvarın 10-da səfərdə “Qəbələ” ilə, bir həftə sonra isə Yevlaxda “Karvan-Yevlax”la qarşılaşacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.