İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real" komandasının yarımmüdafiəçisi Arda Güler üçün hərəkətə keçib.
Sportliqa.az xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta Arda Gülerin komandası üçün ideal xüsusiyyətlərə sahib olduğunu düşünür və onu heyətində görmək istəyir.
Artetanın hesabatından sonra London klubu 80 milyon avroluq (160 milyon AZN) təklif hazırlayır. Bu təklif ara transfer dövrü üçün icarə və mövsümün sonunda məcburi satınalma hüququnu əhatə edir.
"Real"ın baş məşqçisi Xabi Alonso isə bu keçidə razı deyil. O, mövsümün əvvəlindən etibarən Arda Gülerə bütün matçlarda şans verdiyi üçün futbolçunun gedişinə müsbət yanaşmır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.