İtaliyanın "Napoli" klubunun futbolçusu Noa Lanq karyerasını Türkiyədə davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Il Mattino" nəşri məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı vingerlə "Qalatasaray" maraqlanır.
"Sarı-qırmızılar" niderlandlı oyunçunu qış transfer dönəmində heyətinə cəlb etmək niyyətindədir. O, hazırkı komandasında az forma şansı əldə etdiyi üçün narazıdır.
Qeyd edək ki, Noa Lanq 2025-ci ilin yayında PSV-dən "Napoli"yə keçib
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.