“Çelsi” rəhbərliyi yaxın illərin ən səs-küylü transferlərindən birini həyata keçirmək imkanını nəzərdən keçirir.
Sportliqa.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, London klubu “Real”ın ulduz futbolçusu Vinisius Junioru heyətinə qatmaqda ciddi maraqlıdır.
İngiltərə təmsilçisi 25 yaşlı vinger üçün təxminən 160 milyon avro ödəməyə hazırdır. Bu məbləğ braziliyalı oyunçunun transferini Avropa futbolu tarixində ən bahalı keçidlərdən birinə çevirə bilər.
Vinisiusun “Real”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Mənbənin iddiasına görə, futbolçu sözləşməni uzatmağa tələsmir. La Liqa nəhəngi komandanın liderlərindən birini kompensasiya almadan itirməkdən ehtiyat edir. Bu səbəbdən yaxın zamanda transfer variantını istisna etmirlər.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az