İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasını BƏƏ-nin "Əl-İttifaq" klubunda davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Canluka Di Marsio yayıb.
Bildirilir ki, 35 yaşlı futbolçu Dubay klubu ilə 2,5 illik müqavilə imzalayacaq.
Balotellinin son klubunu 2025-ci ilin yayında ayrıldığı "Cenoa" olub. O, 2024/25 mövsümündə 6 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib.
Qeyd edək ki, Balotelli Türkiyənin "Adana Demirspor", İsveçrənin "Sion", "Monza", "Breşiya", "Marsel", "Nitsa", "Liverpul", "Milan", "Mançester Siti" və "İnter" klublarında oynayıb
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az