“Latsio” klubu niderlandlı futbolçu Kennet Teylorun transferini rəsmən açıqlayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
“Ayaks”dan transfer edilən 23 yaşlı oyunçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Keçid 16,85 milyon avro qarşılığında baş tutub. Yarımmüdafiəçi yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Amsterdam klubunun yetirməsi olan Teylor cari mövsümdə keçirdiyi 19 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, ümumilikdə komandanın heyətində 184 oyuna çıxıb, 36 qol vurub və 27 məhsuldar ötürmə müəllifi olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az