"Qarabağ"ın rəqibində itki
"Qarabağ"ın UÇL-dəki rəqibi “Liverpul”un futbolçusu sıradan çıxıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın cinah müdafiəçisi Konor Bredli İngiltərə Premyer Liqasında "Arsenal"la baş tutan (0:0) matçda aldığı zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub.
Klub hələki yaxın günlərdə əməliyyat olunacaq futbolçunun yaşıl meydanlara qayıtması ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir. Qarşılaşma yanvarın 28-i Bakı vaxtı ilə 23:59-da, İngiltərə vaxtı ilə isə saat 20:00-da start götürəcək.