"Fiorentina"nın prezidenti və sahibi Rokko Kommisso 76 yaşında vəfat edib.
Spotliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İş adamı uzun sürən xəstəlikdən sonra vəfat edib. Klub Kommissonun ailəsinə başsağlığı verib.
Kommisso "Fiorentina"nı 2019-cu ildə 150 milyon dollara alıb. Onun rəhbərliyi altında "Fiorentina" iki dəfə Konfrans Liqasının finalına və bir dəfə ölkə kuboknun finalına çıxıb.
2019-cu ilə olan məlumata görə, Kommissonun xalis sərvəti 1 milyard dollar qiymətləndirilirdi.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az