"Çelsi" klubu yarımmüdafiəçi Rahim Sterlinqlə tərəfdaşlığına vaxtından əvvəl son qoymaq niyyətindədir.
Sportliqa.az xəbər verir ki, bu barədə "Sky Sports News" məlumat paylaşıb.
Bildirilir ki, klub rəhbərliyi artıq 31 yaşlı futbolçu və onun nümayəndələri ilə rəsmi danışıqlara başlayıb. London klubu qış "transfer pəncərəsi"nin sonuna qədər onu komandadan göndərmək istəyir.
İngilis futbolçu 2024/25 mövsümünü Londonun digər klubu "Arsenal"da icarə əsasında keçirib.
Qeyd edək ki, Sterlinqin "Çelsi" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az