"İnter"in futbolçusu Luis Enrike karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.
"Bornmut" braziliyalı vingeri 20 milyon avroluq satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Artıq klublar arasında danışıqlar başlayıb.
Qeyd edək ki, "İnter" Luis Enrikeni mövsümün əvvəlində "Marsel"dən 22 milyon avroya transfer edib. "Sambaçı" Milan təmsilçisinin heyətində keçirdiyi 23 oyunda 1 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az