Şose velosipedi üzrə Azərbaycanın Elit/U-23 yığması bu il nəzərdə tutulan beynəlxalq yarışlara hazırlıq məqsədilə Türkiyəyə yollanıb.
Sportliqa.az xəbər verir ki, komandamız Alanya şəhərində təlim-məşq toplanışında olacaq.
Heyətdə Musa Mikayılzadə, Süleyman Ələkbərov, Tural İsrafilov, Nofəl Nuriyev, Şahin Eyvazov, Əli Qurbanov, Maksim Trendelyov və Viktoriya Sidorenko yer alıb.
Hazırlıq prosesi martın 16-dək davam edəcək.
Yığmamız baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Əsədovun rəhbərliyi ilə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında Alanya və Antalya bölgələrində təşkil olunacaq beynəlxalq turnirlərdə də qatılacaqlar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az