"Liverpul" mümkün transfer şərtlərini araşdırmaq üçün "İnter"in müdafiəçisi Denzel Dumfris ilə danışıqlara başlayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Nikola Şira məlumat yayıb.
Bildirilir ki, Çoıam klubu 29 yaşlı futbolçunu 25 milyon avroya satmağa hazırdır.
Danışıqların intensivləşməsi oyunçunun təmsilçisinin dəyişməsi ilə üst-üstə düşüb. Son həftələrdə Doumfris nümayəndəsini dəyişərək Əli Baratın agentliyinə qoşulub.
Sağ cinah müdafiəçisi bu mövsüm "İnter"də bütün turnirlərdə 15 oyunda meydana çıxıb və 3 qol vurub.
Futbolçunun "transfermarkt"dakı dəyəri "İnter"in tələbi ilə eynidir. Portal niderlandlı futbolçunu tam olaraq 25 milyon avro dəyərində qiymətləndirir. Onun Milan klubu ilə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az