"Mançester Siti"nin qapıçı Stefan Orteqa "Nottingem Forest"ə keçib.
Sportliqa.az xəbər verir ki, bu barədə Mançester klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı qapıçı "meşəçilər"lə 5 aylıq müqavilə imzalayıb.
Qeyd edək ki, Orteqa "Mançester Siti"yə 2022-ci ilin yayında qoşulub. O, bu mövsüm heç bir oyunda iştirak etməyib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalında almaniyalı qolkiperin dəyəri 5 milyon avrodur.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az