"Arsenal"ın heyətində ciddi itki baş verib.
Sportliqa.az xəbər verir kİ. "topçular"ın yarımmüdafiəçisi Mikel Merino sıradan çıxıb. Bu barədə baş məşqçi Mikel Arteta məlumat verib.
İspaniyalı futbolçu ayağından zədə alıb. 29 yaşlı oyunçu yaxın günlərdə əməliyyat olunacaq. İspaniya millisinin üzvü maya qədər yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mikel Merino bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 33 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az