"Çelsi" klubu futbolçusu Tayrek Corcu icarəyə göndərib.
Sportliqa.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "Everton"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Corcla cari mövsümün sonunadək müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, ingiltərəli oyunçu "Çelsi"nin yetirməsidir. O, London təmsilçisi ilə cari mövsüm 11 matça çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az