"Genk"in hücumçusu O Hyon Qyu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Sportliqa.az xarici mediaya istinadən xəbər verir ki, "Beşiktaş" cənubi koreyalı forvardın keçidini həll edib.
İstanbul nəhəngi Qyu üçün Belçika klubuna 15 milyon avro təzminat ödəyəcək. 24 yaşlı futbolçu "qara qartallar"la müqavilə imzalamaq üçün sabah Türkiyəyə gedəcək.
Qeyd edək ki, O Hyon Qyu bu mövsüm "Genk"in heyətində keçirdiyi 32 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az