Fabreqas "Liverpul"un futbolçusunu komandasında görmək istəyir
İcarə əsasında "Aston Villa"da çıxış edən Harvi Elliot karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportliqa.az xarici KİV-ə istinadən xəbər verir ki, "Komo" ingiltərəli hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlıdır.
A Seriyası təmsilçisinin baş məşqçisi Sesk Fabreqas Elliotun oyununu bəyənir. İspaniyalı mütəxəssis müqavilə ilə "Liverpul"a məxsus olan 22 yaşlı futbolçunu "Komo"dan ayrılacağı gözlənilən Niko Pasın əvəzləyicisi kimi düşünür.
Qeyd edək ki, Harvi Elliot mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verilib. O, komandanın heyətində keçirdiyi 9 oyunda 1 qol ötürməsi edib.