Daha bir cüdoçumuz Fransada medal qazandı
Azərbaycan cüdoçusu Ruslan Paşayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal sahibi olub.
Sportliqa.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə İtaliya təmsilçisi Valerio Akkolini yuko xalı ilə məğlub edib.
Xatırladaq ki, bu gün Balabəy Ağayev (60 kq) qızıl medala sahib çıxıb.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.