"Yuventus" türk hücumameyilli yarımmüdafiəçisi Kenan Yıldızla müqaviləsinin müddətini uzadıb.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, yeni müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, bu mövsüm 20 yaşlı futbolçu Turin klubunda 31 oyunda iştirak edib, doqquz 9 vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyərini 75 milyon avro olaraq qiymətləndirir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.