"Mançester Yunayted" "Yuventus"un yarımmüdafiəçisi və kapitanı Manuel Lokatelli ilə maraqlanır.
Sportliqa.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Bildirilir ki, Turin klubu 28 yaşlı futbolçunu əsas oyunçu hesab edir, lakin "qırmızı şeytanlar"ın təklif edə biləcəyi maliyyə şərtləri italyan oyunçunun İngiltərə klubuna potensial transferində həlledici amil ola bilər.
Qeyd edək ki, Lokatelli bu mövsüm bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.