"Fənərbağça" klubu ulduz futbolçusu Anderson Taliska ilə müqavilənin müddətini uzadıb.
Sportliqa.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarından "sarı-lacivərdlilər"in formasını geyinən Taliska cari mövsümdə möhtəşəm performansı ilə seçilir. O, bütün turnirlərdə meydana çıxdığı 33 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.