"Tottenhem"in zədəli müdafiəçisi Destini Udojinin durumuna aydınlıq gəlib.
Sportliqa.az xəbər verir ki, bud əzələsindən zədə alan italiyalı futbolçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə baş məşqçi Tomas Frank məlumat verib.
23 yaşlı sol cinah müdafiəçisi Premyer Liqanın XXV turunun "Mançester Yunayted"lə matçında (0:2) sıradan çıxıb.
Qeyd edək ki, Destini Udoji bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 20 oyunda 1 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az