Kay Haverts yenə zədələndi
12 Fevral 2026 11:54
"Arsenal"ın uzunmüddətli zədədən qayıdan futbolçusu Kay Haverts yenidən sıradan çıxıb.
Sportliqa.az xəbər verir ki, bu barədə "The Attletic" nəşri məlumat yayıb.
Almaniyalı hücumçu ayaq əzələsindən zədə alıb. 26 yaşlı forvardın təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Kay Haverts bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 7 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.