UEFA Çempionlar Liqasının "Play-off" mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl” (İngiltərə) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.
Sportliqa.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 AZN təşkil edir.
VIP sektorlar 200, 250, 300 və 400 AZN-dir. VVIP sektorlara biletlərin qiyməti 1000 AZN təyin olunub.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Saxta biletlərə və digər saytlara aldanmamaq tövsiyyə olunur.
Biletləri yalnız iTicket.az saytı üzərindən əldə edin. Stadiona giriş QR bilet ilə mümkün olacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.