İngiltərə Futbol Federasiyası milli komandanın baş məşqçisi Tomas Tuxellə bağlı qərar verib.
Sportliqa.az xəbər verir ki, federasiya almaniyalı mütəxəssisin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "The Times" nəşri məlumat yayıb.
52 yaşlı çalışdırıcı ilə razılıq əldə olunub. Onunla 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonuna kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Tomas Tuxel 2025-ci ilin yanvarında İngiltərə yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az