“Sumqayıt” 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.
Sportliqa.az xəbər verir ki, "kimyaçılar" son olaraq Trnava “Spartak”ında çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb. 28 yaşlı Burkina Faso millisinin üzvü ilə 2026/27 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.
Qeyd edək ki, Sedrik Badolo karyerası ərzində “Spartak” ilə yanaşı vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az