"Liverpul"un heyətində ciddi itki baş verib.
Sportliqa.az xəbər verir ki, Mersisayd təmsilçisinin yarımmüdafiəçisi Vataru Endo sıradan çıxıb.
Yaponiyalı futbolçu Premyer Liqanın 26-cı turunun "Sanderlend"lə matçında topuğundan zədə alıb. 33 yaşlı dayaq yarımmüdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Vataru Endo bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 12 oyunda 1 qol ötürməsi edib
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az