Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.
Əvvəlcə “Şamaxı” “Turan Tovuz”la üz-üzə gəlib. Oyunda 0:0 hesabı qeydə alınıb. Bu komandaların ilk dövrədəki oyununda "Şamaxı" "Turan Tovuz"a qalib gəlib - 2:1.
Digər matçda isə “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edib. Matç "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk dövrədə keçirilən matçında "Sabah" 1:0 hesablı qələbə qazanıb.