“Vest Hem” klubunun yanvar ayında heyətinə qatdığı yeni hücumçusu Pablo Felipe sıradan çıxıb.
Sportliqa.az xəbər verir ki, 22 yaşlı braziliyalı futbolçu baldır əzələsindən zədələnib. Məlumata görə, futbolçu altı həftəyə qədər yaşıl meydanlardan kənarda qalacaq.
Braziliyalı hücumçu Premyer Liqada “Bornmut”, “Liverpul”, “Fulhem” və “Mançester Siti” ilə vacib qarşılaşmalarda, həmçinin İngiltərə kubokunda “Brentford”a qarşı matçda komandasına kömək edə bilməyəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az